SIĞORTA

04 Fevral

Sığorta müştəri məmnuniyyəti hazırda istənilən səviyyədə deyil

"Sığortada mövcud müştərilərin qorunub saxlanılması əsas strategiya olmalıdır"

Fins.az xəbər verir ki, bunu "Paşa Sığorta" şirkətinin xidmət rəhbəri Leyla Cəfərli deyib.

O, "Sığorta vaxtı"nda "Sığortada müştəri məmnuniyyəti" ilə bağlı danışıb.

L.Cəfərli bildirib ki, bu gün müştəri məmnuniyyətinin gücləndirilməsi ilə paralel sığorta maarifləndirilməsi də əsaslı şəkildə aparılmalıdır.

Onun sözlərinə görə, sığorta müştəri məmnuniyyəti hazırda istənilən səviyyədə olmasa da inkişaf etmə mərhələsindədir. 

Leyla Cəfərli sığorta şirkətlərinə də səslənib. O, bildirib ki, sığorta müştəri məmnuniyyəti və inamın formalaşdırılması üçün bütün sığorta şirkətləri ortaq bir qərar qəbul edilməlidir.

Tuncay Türbəndəzadə