SIĞORTA

03 Fevral

Bəzi sığorta şirkətlərində qanunsuz endirimlər davam edir

“Bəzi sığorta şirkətləri brokerlərə 35% komissiya haqqı verirlər”

Bunu Fins.az-a açıqlamasında sığorta eksperti İlkin İbrahimov deyib. Onun sözlərinə görə, məqsəd daha çox şəhadətnamə yazaraq əmlakları sığortalamaqdır.

Ekspert bildirib ki, 35 faiz komissiya haqqını alan broker 30 faizini bölgələrdəki JEK əməkdaşlarına verir.

“Digər tərəfdən sığorta şirkətləri və nəzarətedici qurum ötən ilin yalnız 10 ayının hesabatını açıqlayıb və orada əmlak sığortasının yığım və ödənişləri çox böyük fərqlə görünüb. Yəni 42 milyon ödəniş olub, 1.8 milyon manat isə yığım olub. Bu, yığımın cəmi 4%-nin ödəniş olduğunu göstərir. Yəni, hazırkı əmlak sığortasındakı ödənişlərdə problemin olması elə buradan görünür».

Tuncay Türbəndəzadə