SIĞORTA

01 Fevral

Çindən Azərbaycana gələnlər üçünxüsusi xəstəxanalar ayırılıb

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıblar.

Nazirliyin mətbuat xidmətindən Fins.az-a verilən xəbərə görə, məlumatda bildirilir ki, koronavirus epidemiyasının ilk aşkar olunduğu Çinin Uxan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi müəssisə ayrılıb.

Yanvarın 30-da Uxan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssisəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra onlar evə buraxılacaqlar.

Dünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb.