Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Fonda məxsus daşınmaz əmlakların sığortalanması üzrə xidmətlərin satın alınması üzrə elan etdiyi tenderi yekunlaşıdırıb. Qalib şirkətlər "PAŞA Sığorta" ASC və "Atəşgah" Sığorta Şirkətidir.
Fins.az xəbər verir ki, Fond "PAŞA Sığorta" ilə sığorta bağlayıb. Məbləği 200 min manat olan müqavilə daşınmaz əmlakların icbari və könüllü sığortalanmasını nəzərdə tutur.
İpoteka və Kredit Zəmanət Fondu "Atəşgah" Sığorta Şirkətilə məbləgi 55 min 290 manat olan müqavilə bağlayıb. Bu müqavilə daşınmaz əmlakların istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.