Sigorta mutəxəssisi Nicat Əlibəyli Fins.az-a musahibe verib
Bu yaxınlarda yeni vəzifəyə təyin olunmusunuz. Zəhmət olmasa bu barədə məlumat verərdiniz.
Bəli, doğrudur, “Azərbaycan Sənaye Sığorta” şirkətinə Satış Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişəm. Mənə göstərilən bu etimadı mütləq doğruldacam.
Sığorta sahəsini daha da maarifləndirmək üçün nə etmək lazımdır?
Mən hesab edirəm ki, sığorta sahəsini daha çox maarifləndirmək üçün, sığorta məhsullarının mütəmadi olaraq tanıtımını və ən vacibi faydalığını əhaliyə istər media vasitəsi ilə istər görüşlər keçirməklə çatdırmaq lazımdır.
Avtomobil bazarında qiymətlərin bahalaşması və ya ucuzlaşması sığortaya da təsir edir?
Avtomobilləri tam kasko sığortalamaq üçün mütləq şəkildə bazar dəyərində sığortalamalıyıq. Yəni bazar dəyəri ilə sığorta məbləği eyni olmalıdır. Bu səbəbdən avtomobilin dəyərinin ucuzulaşıb və ya bahalaşması sığorta haqqına təsir edə bilir.
Bir müddət əvvəl mənzillərin sığortası əhali arasında ajiotaj yaratmışdı. İndi vəziyyət nə yerdədir?
Daşınmaz Əmlakın İcbari Sığortası 2012-ci ildən tətbiq edilir. Bu sığorta növünün faydası olduqca böyükdür. Qəzadan heç kim, heç vaxt sığortalanmır hadisələr anidən baş verir və təəssüf ki, nəticələr bəzən üzücü olur. Həmçinin adından da göründüyü kimi bu icbari bir növdür. Ehtimal var ki, bu ildən əmlakını sığorta etməyənlər müvafiq qaydada cərimələnəcəq.
Tuncay Türbəndəzadə