SIĞORTA

28 Yanvar

Dələduzluqla sığorta ödənişi tələb edən şəxslər ifşa olunub

Azərbaycanda dələduzluq niyyəti ilə sığorta ödənişi tələb edən şəxslər ifşa olunub.

Fins.az xəbər verir ki, bir neçə şəxs “PAŞA Sığorta” ASC-yə dələduzluq niyyəti ilə sığorta ödənişi tələb edib. Bu barədə report yazıb

Daha sonra sığorta şirkəti bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi dələduzluq niyyəti ilə sığorta ödənişi tələb edən şəxsləri ifşa edib.