“Aqrar sığorta fondunun hüquqi məsələləri bu ilin birinci rübündə yekunlaşacaq”
Fins.az xəbər verir ki, bunu "Günay Sığorta" şirkətinin Direktorlar Şurasının sədrinin müşaviri, "Aqrar Sığorta Fondu" nun formalaşdırılması üzrə işçi qrupunun üzvü Fuad Sadıqov deyib.
Onun sözlərinə görə, sığorta sektorunda istehlakçıların bu sahəyə maraqları o qədər də yüksək deyil.
F.Sadıqov qeyd edib ki, əsas fermerləri inandırmaq lazımdır ki, bu, onların xeyrinədir. Yəni fermerlər bunu əlavə bir vergi kimi qəbul etməməlidir.
“Bunun üçün də, daha çox təbliğat aparmaq lazımdır. Maarifləndirmə işləri görülməlidir” – F.Sadıqov əlavə edib.