Türkiyəli sığorta eksperti Yusuf Satoğlu Azərbaycanda Aqrar sığorta istiqamətində aparılan hazırlıqlar haqqında danışıb.
Fins.az xəbər verir ki, ekspertin sözlərinə görə, Azərbaycanda aqrar sığorta sisteminin tarim modeli kimi tam olaraq formalaşması bir müddət vaxt aparacaq.
Y.Satoğlu bildirib ki, bu sahədə hər bir xırda detal dəqiqliyi ilə hesablanmalıdır və çox diqqət yetirilməlidir.
Mütəxəssis qeyd edib ki, bu prosesin reallaşması Türkiyədə çox vaxt aparıb. O, bildirb ki, 2006-cı cildə fermerlərə təminat ödənilməyə başlanılıb. 2020-ci ilə kimi bu proses hər ildən ilə genişlənib.
Türkiyəli ekspert inanır ki, Azərbaycanda da bu sistem uğurlu olacaq.