SIĞORTA

27 Yanvar

Sığorta şirkətləri hesabatlarını açıqlamadığı halda şübhə doğurur - EKSPERT

Sığorta eksperti İlkin İbrahimov bəyan edir ki, sığorta şirkətləri hesabatlarını açıqlamadığı halda şübhə doğurur.

Fins.az xəbər verir ki, ekspertin sözlərinə görə, sığorta şirkətləri hesabatlarını açıqlamalıdırlar.

“Yığımların artdığını görüb sığorta şirkətləri sevinir. Lakin ödənişlərin ardığını görə bilirikmi? Açıqlanmayan statistika şübhələnməyə əsas verir”.

İ.İbrahimov Azərbaycan Sığortaçılar Assosiasiyasına da iradlarını bildirib.

 “Nəzarətedicinin 1 nömrəli vəzifəsi vətəndaşı informasiya ilə təmin etməkdir. Niyə daşınmaz əmlakın icbari sığortası üzrə hesabatı fiziki şəxslərlə , hüquqi şəxsləri ayırıb vermirsiz?”