“Azərbaycan sığorta bazarının ən böyük təbliğatçısı ölkə başçısıdır” Bunu tanınmış sığorta eksperti İlkin İbrahimov deyib.
Fins.az xəbər verir ki, 2019-cu ildən etibarən ölkə başçısı Azərbaycanda sığorta sahəsinin inkisafı ilə bağlı fundamental qərarlar, fərmanlar verir.
"Böyük sığorta hadisələri ilə bağlı müxtəlif muşavirələrdə vətəndaşlar və nəzarətedici orqan əməkdaşları ücün konkret vəzifə və tapşırıqları məhz ölkə başçısı müəyyən edir. Bu bir tərəfdən sığorta bazarı üçün sevindirici olsa da nəzarətedici orqanların fəaliyyəti sahəsində onların yarıtmaz işinin prezidentin göz önündə olmasının sübutudur. Yenı təşkil edilmiş nəzarətedici orqan bütün bunları nəzərə almalıdır" - deyə ekspert bildirib.