“Mexanizm işə düşəndən sonra hamı sığorta etdirsə, sığorta hadisəsi baş verdikdə, şirkətlər yükün qarşısında dayana bilmədiklərini görüb lisenziyalarını geri çəkəcəklər”.
Fins.az xəbər verir ki, bunu sığorta eksperti İlkin İbrahimov deyib.
Ekspertin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası sosial xarakter daşıyır.
“Onların buna hüququ var. Çünki şirkətlər sığortanın bu növünə könüllü qoşulduqları kimi, könüllü də tərk edə bilərlər”.