SIĞORTA

22 Yanvar

Heç bir sənədi olmayan evlər məcburi sığorta edilə bilməz

“Daşınmaz əmlak üçün lisenziya alan 12 qeyri-həyat sığorta şirkəti həmin sənədlərdən imtina edə bilməz»

Fins.az xəbər verir ki, bu barədə sığorta eksperti İlkin İbrahimov deyib.

“Daşınmaz əmlakın icbari sığortası üçün müvafiq sənədlər tələb olunur.  Bunlar yalnız qeydiyyatdan keçən sənədlər deyil. Məsələn, yeni tikililərin müqaviləsi olduğu üçün sığortaya həmin müqavilə təqdim olunur. Kiminsə bələdiyyə sənədi və ya şəhadətnaməsi varsa, onu təqdim edərək sığorta etdirə bilər. Daşınmaz əmlak üçün lisenziya alan 12 qeyri-həyat sığorta şirkəti həmin sənədlərdən imtina edə bilməz. Verdiyi imtina da əsaslı olmalıdır. Vətəndaş öz növbəsində şirkətin verdiyi imtinanı müqayisələndirə bilər. Sığorta şirkətlərinə nəzarətedici orqan olan Mərkəzi Bank müraciət edilən evin sığorta edilib-edilməyəcəyi ilə bağlı araşdırma aparır. - Əgər əmlakın hər hansı sənədi olmasa... - Heç bir sənədi olmayan evlər məcburi sığorta edilə bilməz. Yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində sənədləri olan əmlak sahibləri cərimələnə bilər. Çünki 2019-cu ilin may ayında sığortanın inkişafı ilə bağlı proqram hazırlanıb. Orada qeyd olunub ki, daşınmaz əmlakın icbari sığortası üçün İcbari Sığortalar Bürosu (İSB) və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi əməkdaşlıq etsinlər».