SIĞORTA

17 Yanvar

"Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artıb"

"Əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalara müsbət təsir edib" 

Fins.az xəbər verir ki, bunu 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq 2.931,3 mln. manata, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1 faiz artaraq 105 mln. manata çatıb. Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirib və büdcədən transfertin DSMF-nin gəlirlərində payının 2017-cı ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizədək enməsi gözlənilir".