Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilərək səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə əlaqədar bu qurumda struktur dəyişiklikləri həyata keçirilib.
Fins.az xəbər verir ki, Vüsal Qurbanovun rəhbərliyi ilə Sığorta fəaliyyətinə nəzarət departamenti yaradılıb.
Yeni qurumun yaradılması ilə bağlı tanınmış sığorta eksperti İlkin İbrahimovun fikirlərini öyrəndik.
“Bu qurum əvvəlki Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi nəticəsində sığorta ilə bağlı nəzarətedici qurum funksiyasını yerinə yetirəcək. Ümid edirik ki, daha işlək bir qurum kimi fəaliyyət göstərəcək”.
“Yeni yaradılan departament sığorta şirkətlərinin marağını deyil həm də istehlakçı hüquqlarını da qoruyacaq”
Ekspertin fikirlərinə görə, lisenziyalaşmanı yəqin yeni ayrılmış lisenzihalaşma departamenti edəcək.
Sığorta mütəxəssisi renkinq və hesabatları isə bu departamentin verəcəyini düşünür.
“Statistika departamenti yarandığından statistikanı da onlar verəcək yəqin. Ayrıca fəaliyyətə nəzarət departamentinin yaranması Mərkəzi Bankın daha çox qayda yaratmaq istəyinin olması kimi düşünürəm”