"Mərkəzi Bankın indiki mandatında da sığorta işinə nəzarət mühüm yer tutur"
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankda xüsusilə də əmlakın sığortalanması məsələsi önəmli rol oynayır.