Vətəndaşların icbari tibbi sığorta haqqlarını hesablaması üçün kalkulyator sistemi hazırlanıb.
Fins.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) icbari tibbi sığorta haqlarının hesablanması qaydası ilə bağlı məlumatında qeyd olunub.
Qurumun rəsmi saytında bununla bağlı kalkulyator yerləşdirilib.
Həmin kalkulyatordan istifadə etməklə vətəndaşlar əməkhaqqından və ya gəlirdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablaya biləcəklər.
Kalkulyator vasitəsilə işçilər, işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslər icbari tibbi sığorta fonduna ediləcək aylıq ödənişin məbləğini müəyyən edə bilərlər.