SIĞORTA

09 Yanvar

Məcburi dövlət sosial sığorta haqqının məbləğində dəyişiklik edilib

"Sosial Sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"na əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:

Fins.az xəbər verir ki, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında.

Qərarın keçid müddəasına əsasən, bu cür hesablama 1 yanvar 2020-ci il tarixdən tətbiq olunur. Qeyd edək ki, 2019-cu ildə qüvvədə olan sosial qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı hesablamaları aşağıdakı qayadada həyata keçirilirdi:

Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin:

  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,
  • respublika tabeli digər şəhərlərdə 80 faizi,
  • rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,
  • kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Hazırda ölkəmizdə minimum əməkhaqqının 250 manat olduğunu nəzərə alsaq, ticarət, tikinti və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın 2019-cu ilin dekabr ayı üzrə hesablanacaq sosial ayırmaları aşağıdakı kimi müəyyənləşdirilir:

Region

Ticarət və tikinti sahəsi üzrə

Digər sahələrdə

1

Bakı şəhəri

125 (250 manat x 50 faiz x 100 faiz) manat

50 (250 manat x 20 faiz x 100 faiz) manat

2

Sumqayıt və Gəncə şəhərləri

112,50 (250 manat x 50 faiz x 90 faiz) manat

45 (250 manat x 20 faiz x 90 faiz) manat

3

respublika tabeli digər şəhərlər

 

100,00 (250 manat x 50 faiz x 80 faiz) manat

40 (250 manat x 20 faiz x 80 faiz) manat

 

4

rayon mərkəzləri, digər şəhərlər və qəsəbələr

75,00 (250 manat x 50 faiz x 60 faiz) manat

30 (250 manat x 20 faiz x 60 faiz) manat

 

5

kənd yerləri

62,50 (250 manat x 50 faiz x 50 faiz) manat

25 (250 manat x 20 faiz x 60 faiz) manat

 

1 yanvar 2020-ci il ildən isə məcburi dövlət sosial sığorta haqqı ödənişində ölkə üzrə vahid qayda tətbiq ediləcək. Həmçinin ticarət və tikinti sahələrinə aid edilməyən digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar isə minimum aylıq əməkhaqqının 20 yox, 25 faizi nisbətində məcburi dövlət sosial ayırmaları ödəyəcəklər.

Ticarət və tikinti sahəsi üzrə

Digər sahələrdə

125 (250 manat x 50 faiz) manat

62,50 (250 manat x 25 faiz) manat