SIĞORTA

07 Yanvar

“Sığorta şirkətləri camaatı psixoloji basqı altında saxlayırlar”

“Çox sayda zənglər olur. İnsanlar qorxu və çaşqınlıq içindədir. Söhbət evlərin məcburi sığortasından gedir”.

Fins.az-ın məlumatına görə, bu barədə danışan iqtisadçı Samir Əliyev modern.az-a bildirib ki, bu qərarın vətəndaşların Konstitusiya hüququnu pozmasını və cərimə mexaizminin işləməyəcəyini əvvəlcədən qeyd etdiyini xatırladıb:

“Ancaq buna rəğmən qanun mülkiyyətçi qarşısında öhdəlik qoyub ki, evini mütləq sığortamalıdır, əks halda cərimə olunacaq. Proseslərdən məlumatsız insanlar nə edəcəklərini bilmirlər. Sığorta şirkətləri camaatı psixoloji basqı altında saxlayırlar. Biz əlbəttə evlərin sığortasının məsləhət olduğunu bildiririk, ancaq bunun könüllü olmasını da qeyd edirik”.

İqtisadçı deyib ki, Mərkəzi Bank bu məsələyə təcili müdaxilə etməlidir:

“Sığorta şirkətlərini fəaliyyəti artıq bu quruma tapşırılıb. Yeni parlament fəaliyyətə başlayana qədər proses dondurulmalıdır. Daha sonra daşınmaz əmlakın sığortasının icrabiliyi aradan qaldırılmalıdır”.