Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün həmkarlarını təbrik edib.
Belə ki, şirkətin rəsmi facebook və instagram səhifələrində bütün sığorta bazarının iştirakçılarının adlarından ibarət şəkil və təbrik mətni paylaşılıb: "Dəyərli Həmkarlarımız, 2020-ci ilin sığorta bazarına yeni və razı müştərilər gətirməsi diləyi ilə hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edirik!
Qeyd edək ki, "Həmrəy olaq" həştəqi ilə bütün həmkarlarını təbrik edən şirkət ötən ildə də şam ağacında həmkarlarının adını qeyd edərək sığorta bazarını təbrik etmişdir və digər sığorta şirkətləri də bu təbrikə qoşulmuşdur