SIĞORTA

30 Dekabr

“Standard Insurance”-dan xeyirxah addım!

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “Standard Insurance” şirkəti dekabrın 25-də “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti qan vermə aksiyası keçirib.

Şirkətin baş ofisində keçirilən aksiyada “Standard Insurance”-ın rəhbərliyi və əməkdaşları böyük məmnuniyyətlə iştirak edib.
Aksiya son dərəcədə humanist hədəflərə xidmət edir – talassemiya xəstəliyindən əziyyət çəkən və qana ehtiyacı olan insanlara dəstək olmaq məqsədi ilə keçirilir.
Mərkəzi Qan Bankının tibbi personalı aksiyanın “Standard Insurance”-ın Bakı ofisi ilə yanaşı, Lənkəran və Şəki nümayəndəliklərində də keçirilməsinə dəstək olublar.
Bu təşəbbüsün daha bir müsbət tərəfi ondan ibarətdir ki, hər bir donorun sağlamlığı öncədən qan analizi götürülərək yoxlanılır və eyni zamanda donorun orqanizmi daha da möhkəmlənir.
Aksiyada iştirak edən “Standard Insurance” əməkdaşları qan xəstəliklərindən əziyyət çəkən uşaqlara bu şəkildə dəstək olmaqdan məmnunluqlarını bildirdilər və bunun onların vətəndaş borcu olduğunu qeyd etdilər. Bir donorun verdiyi qan bir neçə insana kömək edər və həyatını xilas edə bilər.
Qeyd edək ki, “Standard Insurance” şirkəti 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramına 2017-ci ildən etibarən qoşulub və artıq üç ildir ki, ənənəvi olaraq dekabr ayında bu cür qanvermə aksiyaları təşkil edir.