SIĞORTA

27 Dekabr

2019-cu ildə təbii fəlakətlərdən yaranan qlobal itkilərin 40% sığortalanıb

İsveçrənin nüfuzlu təkrarsığorta şirkəti Swiss Re 2019-cu ildə təbii və texnogen fəlakətlərdən ümumi iqtisadi itkilər haqqında məlumat verib.

Fins.az xəbər verir ki, bu il təqribən 140 milyard dollar itki olub , bunun 56 milyard dolları sığorta və təkrarsığorta şirkətləri tərəfindən ödənilib.

Swiss Re-nin məlumatına görə, ötən il ilə müqayisədə bu il 43 milyard dollar sığorta itkisi az olub. Son 10 ildə orta hesabla 1 ilə 75 milyard dollar sığorta itkisi baş verir.

Qeyd olunur ki, "Dorian" qasırğası  "Fax" və"Hagibis" tayfunları bu il ən əlamətdar hadisələr hesab olunur. Sözügedən təbii fəlakətlərin sığorta itkiləri müvafiq olaraq 4,5, 7 və 8 milyard dollar səviyyəsində qiymətləndirilir.

Tuncay Türbəndəzadə