SIĞORTA

26 Dekabr

“Azsığorta”da - YENİ TƏYİNAT

“Azsığorta” ASC-nin Direktorlar Şurasına yeni təyinat olub.

Fins.az  xəbər verir ki, bu barədə “Azsığorta” ASC-dən məlumat verilib 

Məlumatda bildirilir ki, Abid Mamedov Mamed oğlu “Azsığorta”nın Direktorlar Şurasının üzvü seçilib.

Qeyd olunur ki,  Abid Mamedov  noyabr ayında “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsindən azad edilərək maliyyə qurumunun Müşahidə Şurasının (MŞ) sədri təyin edilib, bu vəzifəsində çalışır.

 O hazırkı,iş yerindən əvvəl 8 il maliyyə sektorunda çalışıb, bunun 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan “Bloomberg” şirkətinin MDB ölkələri üzrə müştəri xidmətləri direktoru olub.

Abid Mamedov , orta təhsilini Avropada alıb, 2003-cü ildə Böyük Britaniyanın London Universitetinin İqtisadiyyat fakultəsində bakalavr dərəcəsi, 2004-cü ildə isə Briston Universitetinin İqtisadiyyat fakultəsinndə magistr dərəcəsi əldə edib. O, evlidir, iki övladı var.

Qeyd edək ki, “Azsığorta”nın Direktorlar Şurasının sədri  Viladi Məzahir oğlu Maniyevdir.