SIĞORTA

26 Dekabr

“Şahdağ”da əylənənlər dövlət hesabına sığortalanacaq

“Şahdağ Turizm Mərkəzi”ndə yerləşən əyləncə xidmətlərindən istifadə zamanı qəza da qaçılmaz ola bilər. Məsələn, xizək sürərkən yıxılıb zədə almaq olar. Dəyən zərərin qarşılanması üçün sığorta pis olmazdı. Fins.az-ın məlumatına görə, mərkəzin ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edənlər dövlət büdcəsi hesabına sığortalanacaqlar.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC mərkəzin ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edən müştərilərin dövlət büdcəsi hesabına sığortalanmasının satın alınması ilə əlaqədar açıq tender elan edib.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 yanvar 2020-ci il  tarixinədək təqdim etməlidirlər. İddiaçıların təklifləri 29 yanvar 2020-ci il tarixində açılacaqdır.  

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzini  2017-2018-ci il qış mövsümündə 120 000-dən çox turist ziyarət etmişdir. Yay mövsümündə isə mərkəzi 30 mindən çox turist ziyarət edir.