SIĞORTA

17 Dekabr

Fuad Sadıqov üçün - ÖZƏL GÜN

Bu gün Azərbaycan sığorta bazarının peşəkar sığortaçılarından hesab olunan “Günay Sığorta” ASC-nin Direktorlar Şurasının sədrinin müşaviri Fuad Sadıqovun 37 yaşı tamam olur.

Qeyd edək ki, F.Sadıqov 17 dekabr 1982-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.  F.Sadıqov müxtəlif aparıcı sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışmışdır. O maliyyə sahəsi üzrə təcrübəli mütəxəssislərdən hesab olunur və  Azərbaycanda bir çox maliyyə qurumlarında fəaliyyət göstərib. 2011-2016-cı illərdə Milli Depozit mərkəzində İdarə Heyətinin üzvü, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta Bazarına Nəzarət departamentinin direktoru vəzifəsində çalışmışdır. 2018-ci ildən etibarən fəaliyyətini “Günay Sığorta” ASC-də davam etdirən F.Sadıqovun şirkətin qısa zaman ərzində uğur qazanmasında böyük rolu olmuşdur. Şirkətin zərərdən mənfəətə keçməsi, sığorta portfelinin zərərlilik dərəcəsinin minimuma enməsi, korporativ qaydaların hazırlanması, işçilərlə bağlı motivasiya proqmalarının işlənilib hazırlanması və digər bu kimi inkişaf göstəriciləri “Günay Sığorta”da yeni təyinatdan sonra baş vermişdir. Bu gün, şirkətin sığorta bazarındakı dinamik inkişafında onun rolu böyükdür.

Fins.az komandası olaraq Fuad müəllimi təbrik edir, ona işlərində yeni uğurlar arzulayırıq.