Show

25 Oktyabr

"Mən Burdayam" sərgisi: ADMİU tələbələrinin vizual hekayələri

24 oktyabr tarixində Bakı Fotoqrafya Evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əcnəbi tələbə və məzunlarının foto-əsərlərindən ibarət olan “Mən Burdayam / I am Here” sərgisi açılmışdır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsininAzərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə həyata keçirilən sərgi böyük maraqla qarşılanmışdır.

Təqdim olunan 30 fotoşəkil ADMİU-nun əcnəbi tələbələrinin Bakı, Gəncə, Quba, Şuşa, Ağdam və digər şəhərlərə səyahətlərinin kiçik hekayələridir. Vətənimiz möhtəşəm mənzərələri, tarixi-mədəni abidələri, gündəlik həyatını əks etməklə yanaşı, tələbə və məzunlar fotolar vasitəsi ilə təəsüratları, münasibətləri və fərd, daxili impulsları ilə bölüşürlər.

Sərginin məqsədi bir neçə hədəfi nəzərdə tutur: tələbələrin mədəni inteqrasiyaya yönəlməsi, yeni mühitdə özlərini rahat, doğma hiss etməsiuniversitet və şəhər həyatının ayrılmaz bir hissəsi olduqlarının vurğulamanasıdır. Bu təşəbbüs onlar üçün özlərini, dünyagörüşlərini və gözləntilərini, həmçinin perspektivlərini səsləndirmək üçün unikal şansdır.

Sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Perudan olan tələbələrin əsərləri nümayiş etdirilir. Ümumi konseptlə yanaşı iştirakçıların hər biri mövzuya dair fərdi yanaşmasını formalaşdırmışdır və fotonun visual dili vasitəsi ilə təqdim etmişdir.

İştirakçılar:

  • Asude Yılmaz Mehmet (Türkiyə, Teatr sənəti fakultəsi, bakalavr, 1-ci tədris ili) – Bakı və Gəncənin müasir memarlıq və heykəltaraşlıq abidələrinin, şəhərin gecə işıqlarının vurğulanması və aram təbiət mənzərələri ilə qarşılaşdırılması.

  • Ayzada Seytibaeva (Özbəkistan, Rəssamlıq fakultəsi, magistr, 1-ci tədris ili) – geyim dizaynı sahəsində çalışır, aktiv tərzdə sərgilərdə iştirak edir. Fotolarda Ayzadə Qarabağla əlaqəli xatirələrini bölüşür.

  • Wasif Bilguis Ahmed (Pakistan, Audio-vizual sənətlər fakultəsi, magistr, 1-ci tədris ili) – Bakıya və xüsusilə onun qədim hissəsinə, İçərişəhərə, abidələrin detallarına, rəng və teksturalarına marağı epik yanaşma kontekstində əks olunur.

  • Fatima Florena Flores Vivar (Peru, Kulturologiya fakultəsi, magistr, məzun) – məzun olsa da, ADMİU ilə daim əlaqədədir. Təqdim etdiyi konsept Azərbaycanda müşahidə etdiyi tolerantlıq mühitindən ilhamlanaraq yaranmışdır. İçərişəhərin Gileyli məscidiBakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində çəkdiyi fotolarda bədii həll, maraqlı rakurslar, işıq-kölqə effektləri dərin fəlsəfi yanaşmanı əks etdirir.