Fins.az - 2024-cü ildə Azərbaycandan 15,2 milyon ABŞ dolları dəyərində 7,4 min ton qurğuşun və ondan hazırlanan məmulatlar ixrac edilib.
Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, bu, 2023-cü illə müqayisədə 562 min ABŞ dolları (3,8%) və 390 ton (5,6%) artım deməkdir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda metallurgiya sənayesi və metal məmulatlarının istehsalı sahələrində 1,3 milyard manatlıq məhsul istehsal edilib. Hazır metal məmulatlarının istehsalı sahəsində 38,9%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,1% artım müşahidə olunub.
2024-cü ildə metallurgiya sənayesində mis məftil istehsalı 5,5 dəfə, alüminium məmulatlarının istehsalı 72,1%, metaldan sair məmulatların istehsalı 20%, izolyasiyasız çoxnaqilli məftil və trosların istehsalı isə 17,9% artıb.
Zemfira Ms
Fins.az