SƏNAYE

06 Yanvar

625 milyon hektar okean ərazisi qazmalardan qorunacaq

Fins.az - ABŞ Prezidenti Co Bayden Atlantik və Sakit okean sahillərində neft və qaz qazma işlərinə rəsmən qadağa qoyub. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, bu qadağa 625 milyon hektardan çox okean ərazisini əhatə edir və dəniz ekosisteminin qorunması məqsədi daşıyır.

Bəyanatda vurğulanır ki, amerikalıların təxminən 40%-i sahilyanı qraflıqlarda yaşayır və onların rifahı sağlam okeanlara bağlıdır. Bu qərar, bölgələrin sağlam qalmasını və neft sızması riskindən qorunmasını təmin etməyə yönəlib.