SƏNAYE

12 Dekabr

Noyabrda Azərbaycanın neft hasilatı OPEC+ kvotasından geridə qaldı

2024-cü ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 771 ton təşkil edib.

Fins.az xəbər verir ki, bunun 65 885 tonunu xam neft (486 min barel), 14 886 tonunu kondensat təşkil edib.

Azərbaycanın "OPEC+" razılaşmasına uyğun olaraq, 2026-cı ilin sonunadək gündəlik hasilat kvotası 551 min barel (74 259 ton) olaraq müəyyən edilib. Noyabr ayı üçün faktiki hasilat kvotadan 8 374 ton (təxminən 65 min barel) az olub.

Bu, Azərbaycanın "OPEC+" çərçivəsində hasilat səviyyəsini tam təmin edə bilmədiyini göstərir, lakin kondensatla birlikdə ümumi göstərici müsbət tərəfə yaxınlaşır.