Fins.az - ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın neft ticarətinə qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
Məqsəd, Kremlin enerji gəlirlərinə təsir etməkdir. Bloomberg-in məlumatına görə, məhdudiyyətlər bəzi neft ixrac əməliyyatlarını və Rusiyanın "kölgə donanması" adlanan tanker flotunu hədəf ala bilər.
Yeni tədbirlər neftin qlobal qiymətlərində ciddi artıma səbəb olmadan Kremlə təzyiqi artırmağı hədəfləyir. Avropa İttifaqı da ilin sonuna qədər bu sahədə oxşar tədbirləri nəzərdə tutur.
Rəsmi açıqlamalar isə hələlik verilməyib.