SƏNAYE

04 Dekabr

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

"Fitch Solutions" şirkətinin 2024-cü il üçün hazırladığı hesabatına görə, Azərbaycanın xam neft hasilatının 2024-cü ildə illik 4,3% artacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu artım, neft ixracının həcmini də dəstəkləyəcək. Şirkət, 2025-ci ildə neft ixracının iqtisadi artıma 2,5 faiz bəndi həcmində töhfə verəcəyini bildirib.

Bununla yanaşı, "Fitch Solutions" hesabatında qeyd olunur ki, aşağı neft qiymətləri, hökumətin istehlakını 2024-cü ildəki 4,5%-dən 2025-ci ildə 3,4%-ə qədər azaldacaq. Bu da ölkənin iqtisadi siyasətinə təsir göstərə bilər.

Fuad Mədətov
Fins.az