Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,18 ABŞ dolları, yəni 1,57% azalarak 74,19 ABŞ dollarına düşüb.
Fins.az xəbər verir ki, neft bazarındakı mənbə bildirib ki, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 71,83 ABŞ dolları olub.
Azərbaycanın 2024-cü il dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dolları olaraq nəzərdə tutulub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Azərbaycanda bu neft əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir, burada SOCAR-ın payı 25%-dir.