1 dekabr 2024-cü ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz təchizatına başlayıb.
Fins.az xəbər verir ki, bu bardə SOCAR-dan verilən məlumata görə, qaz təchizatı SOCAR ilə SPP arasında bağlanmış qısamüddətli pilot müqavilə çərçivəsində həyata keçirilir. Həmçinin, tərəflər uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi planlaşdırırlar.
Bu qaz təchizatları SOCAR-ın ixrac istiqamətlərini şaxələndirməyə davam etməsi baxımından əhəmiyyətlidir. Artıq Slovakiya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniyaya Azərbaycan qazı ixrac olunur, beləliklə Slovakiya bu qazı alan on ikinci ölkə olub.