SƏNAYE

02 Dekabr

Trampın tarif təhdidi ABŞ istehsalçılarını çətin duruma salır

Fins.az - MEPS International Ltd.-in verdiyi məlumata görə, Donald Trampın ABŞ-da yeni gömrük rüsumlarını artırmaq təhdidi, qısa müddətdə paslanmayan polad idxalının artmasına səbəb ola bilər.

Bu isə yerli istehsalçılar üçün qiymət artım planlarını təhdid edə bilər. Prezident seçkiləri zamanı Tramp, daxili istehsalı stimullaşdırmaq məqsədilə yeni idxal rüsumları tətbiq etməyi vəd etmişdi. Xüsusilə, Çin mallarına 60%-dək və digər ölkələrdən gələn məhsullara 10-20% rüsum tətbiq olunması təklif edilmişdi. Bununla yanaşı, 2018-ci ildə tətbiq olunan 25%-lik tarifin artırılması da gündəmdədir.

ABŞ-a paslanmayan polad idxalı 2023-cü ilin əvvəlindən etibarən 9% artıb, lakin yerli istehsal həcmi 9,2% azalıb. MEPS analitikləri, yeni rüsumların qısa müddətdə qiymətləri aşağı sala biləcəyini, lakin uzunmüddətli perspektivdə isə idxalın qiymətinin artaraq daxili bazarda qiymətlərə təzyiq edəcəyini proqnozlaşdırır.

Trampın tətbiq etməyi planlaşdırdığı yeni rüsumlar, xüsusilə Asiya istehsalçıları üçün yeni ixrac bazarları axtarmaqla bağlı təzyiqləri artıracaq. Bu isə dünya bazarlarında daha çox rəqabətə və qiymət dəyişikliklərinə səbəb ola bilər.