SƏNAYE

02 Dekabr

Azərbaycanda ağ neft istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 554,8 min ton ağ neft istehsal edilib.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ağ neft istehsalı 55,5 min ton və ya 11,1 % artıb.

2023-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 499,3 min ton təşkil edib.

Noyabrın 1-nə hazır məhsul ehtiyatı 52,3 min ton təşkil edib ki, bu da illik müqayisədə 7,5 min ton və ya 16,7% çoxdur.

Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 44,8 min ton olub.

Fuad Mədətov
Fins.az