İstismara verildiyi tarixdən cari ilin 1 noyabr tarixinədək “Şimal-1” Elektrik Stansiyasında 51,52 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub.
Bu barədə Fins.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, “Şimal-1” elektrik stansiyası 22 il öncə - 2002-ci il 29 noyabr tarixində istismara verilib.
“Gücü 265 MVt olan 1 ədəd qaz turbini və gücü 135 MVt olan 1 ədəd buxar turbinindən ibarət buxar-qaz tipli stansiyanın ümumi qoyuluş gücü 400 MVt təşkil edir”, - məlumatda qeyd olunur.
Fuad Mədətov
Fins.az