Ötən həftənin nəticələrinə əsasən, ABŞ-də kommersiya neft ehtiyatları 1 844 min barel azalaraq 428 448 min barelə enib.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda məlumat verilib.
Məlumata görə. əvvəlki proqnozlara əsasən, analitiklər ehtiyatların 1 300 min barel azalacağını gözləyirdilər.
Qeyd etmək lazımdır ki, ABŞ-də neft ehtiyatları ilə bağlı məlumatlar dünya bazarında neftin ("qara qızıl") qiymətinə əhəmiyyətli təsir göstərir. Bu məlumatlar investorların bazara olan inamına və qiymət dinamikasına təsir edən əsas göstəricilərdən biridir.