Fins.az - 2024-cü ilin ilk üç rübündə Azərbaycan, Gürcüstana elektrik enerjisini daha ucuz satıb.
Hər min kilovat/saat (kVt-s) enerji təqribən 52 ABŞ dollarına satılıb ki, bu da keçən illə müqayisədə 16% daha ucuzdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk üç ayında Azərbaycan Gürcüstana 765.85 milyon kVt-s enerji ixrac edib, dəyəri isə 39.5 milyon dollar olub. Lakin, ixracın həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 48% azalıb.