Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri dünya üçün örnək olmağa davam edir.
Hər iki ölkə, tarix boyu həm sevincdə, həm də kədərdə bir-birinin yanında olub və bu ənənə müasir dövrdə də güclənərək davam edir.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya jurnalistlərə açıqlamasında bildirib. Kaya, Türkiyə ilə Naxçıvan arasındakı əlaqələrin inkişafı üçün mütəmadi olaraq tədbirlər görüldüyünü vurğulayıb. “Məlum olduğu kimi, ötən ilin sentyabr ayında Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyulmuşdur. Qaz kəmərinin tikintisinin yaxın zamanlarda tamamlanması gözlənilir,” – deyə baş konsul qeyd edib.
İğdır-Naxçıvan qaz kəməri layihəsi, bölgədə enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək.