SƏNAYE

28 Oktyabr

Sürtkü yağlarının istehsalında artım var

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 49,4 min ton sürtkü yağları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 10,3 faiz və ya 4,6 min ton üstələyir.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən, xəbər verir ki, cari ilin avqust ayı ilə müqayisədə sentyabrda istehsal həcmində 2 dəfə və ya 4,8 min ton artım qeydə alınıb. Sentyabr ayında 9,4 min ton sürtkü yağları istehsal olunub. Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 6,8 min ton təşkil edib.