SƏNAYE

23 Oktyabr

Aİ-nin Rusiya qazından imtina planları təhlükə altındadı

Avropa İttifaqının (Aİ) 2027-ci ilədək Rusiya qazından imtina etmə planları ciddi təhlükə altındadır.

Bloomberg agentliyinin məlumatına görə, Aİ 2024-cü ildən etibarən Rusiya tərəfindən təchiz olunan sıxılmış təbii qaz (LNG) tədarükünün artması ilə qarşılaşır. Rusiya qazı hal-hazırda Aİ-nin bütün qaz idxalının təxminən 20%-ni təşkil edir, 2023-cü ildə bu göstərici isə 15% idi.

Fins.az xəbər verir ki,  Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün gördüyü tədbirlərin kifayət etmədiyini vurğulayır. Rusiya qazının tədarük həcmlərinin azalmağı dayandırması, Aİ-nin enerji təhlükəsizliyi məsələsində ciddi çətinliklərlə üzləşdiyini göstərir. Agentlik, Aİ-nin Rusiya qazına olan tələbatın azaldılmasında çətinliklərlə qarşılaşdığını və bu vəziyyətin regionda istehsal fəaliyyətinə mənfi təsir göstərə biləcəyini qeyd edir.