Azərbaycanda bərpa olunan enerji istehsalının artırılması məqsədilə Energetika Nazirliyi və "China Datang Corporation Limited" şirkəti arasında əməkdaşlıq üçün Memorandum imzalanacaq.
Fins.az xəbər verir ki, Nazir Parviz Şahbazovun bildirdib ki
, Pekindəki səfərdə nümayəndə heyəti "China Datang"ın enerji sahəsindəki mütəxəssisləri ilə görüşərək günəş və külək enerjisi layihələrini müzakirə edib.Bu əməkdaşlıq çərçivəsində günəş elektrik stansiyalarının, dəniz və quru külək enerji obyektlərinin tikintisi, enerji saxlanması və "yaşıl" hidrogen istehsalı sahələrində investisiya imkanları araşdırılacaq. Həmçinin, Naxçıvanda "yaşıl" enerji istehsalının artırılması da gündəmdədir. Bu addımlar, Azərbaycanın bərpa olunan enerji potensialını inkişaf etdirmək və enerji müstəqilliyini artırmaq istiqamətində müsbət bir irəliləyiş olaraq qiymətləndirilir.