2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 21,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.
Fins.az xəbər verir ki, hasilatın 12,5 milyon tonu “Azəri-Çıraq-Günəşli” yatağının, 3,1 milyon tonu “Şahdəniz” yatağının, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı 5,6 milyon ton təşkil edir.
Bu dövrdə 17,9 milyon ton neft ixraca göndərilib, bunun 15,6 milyon tonu konsorsiumun, 2,3 milyon tonu isə SOCAR-ın payına düşür. Ölkədə neft emalı 5 milyon ton olub.
Təbii qaz hasilatı isə 37,1 milyard kubmetr təşkil edir. Hasilatın bölgüsü aşağıdakı kimidir: “Azəri-Çıraq-Günəşli” – 9,8 milyard kubmetr, “Şahdəniz” – 20,5 milyard kubmetr, “Abşeron” – 1,1 milyard kubmetr, SOCAR – 5,7 milyard kubmetr. Qaz ixracı 18,4 milyard kubmetrdir, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% artım deməkdir.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları 01 oktyabr 2024 tarixinədək 644,8 milyon ton neft (qaz kondensatı ilə birlikdə) və 455,6 milyard kubmetr qaz hasil edib.