SƏNAYE

14 Oktyabr

9 ayda milyardlarla kubmetr təbii qaz ixrac edilib

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 21,6 milyon ton neft-kondensat hasil edilib, 17,9 milyon ton neft ixrac olunub.

Fins.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, 37,1 milyard kubmetr təbii qaz hasil edilib və bunun 18,4 milyard kubmetri ixrac olunub.

Azərbaycan nefti əsasən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə, təbii qaz isə Cənubi Qafqaz və TANAP boru kəmərləri vasitəsilə Türkiyə və digər bazarlara çatdırılır.

 

Zemfira Ms
Fins.az