SƏNAYE

08 Oktyabr

Enerji inkişafı: Qazaxıstanın atom stansiyası layihəsi

Bazar günü Qazaxıstanda keçirilən referendumda vətəndaşlar ölkənin ilk atom elektrik stansiyasının tikintisini dəstəkləyib.

Fins.az Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, xəbər verir ki, səsvermədə iştirak 63,66% təşkil edib, bu da 12,2 milyon səsvermə hüququ olan şəxsdən 7,8 milyonunun referendumda iştirak etdiyini göstərir.

İlkin nəticələrə əsasən, seçicilərin 71,1%-i, yəni təxminən 5,5 milyon insan, atom stansiyasının tikintisini dəstəkləyib, 2 milyondan bir az çoxu isə əleyhinə səs verib. Xaricdəki seçici iştirakının isə 81,06% olduğu bildirilir.

Prezident Qasım-Jomart Tokayev, referendumun ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayıb, lakin qərar, Semipalatinsk nüvə poliqonunun irsi ilə bağlı narahatlıqlara səbəb olub. Tokayev, həmçinin AƏS-in tikintisinə beynəlxalq konsorsiumun cəlb olunmasının vacibliyini qeyd edib.

Bu referendum, Qazaxıstanın enerji sahəsində müstəqillik və inkişaf strategiyasının bir hissəsi kimi qiymətləndirilir.