Səudiyyə Ərəbistanı, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi səbəbindən Asiyadakı alıcılar üçün neft qiymətlərini artırıb. Saudi Aramco, əsas neft növü olan Arab Light üçün satış qiymətini 90 sent artıraraq barrelinə 2,20 dollara qaldırıb.
Fins.az xəbər verir ki, qiymət artımı, neft bazarında artan dəyişkənlik fonunda baş verib. Bununla yanaşı, ABŞ və Avropa üçün neft qiymətləri azaldılıb.
Oktyabrın əvvəlindən neftin qiyməti İrandan İsrailə raket zərbələri və regional gərginlik səbəbindən kəskin şəkildə yüksəlib. OPEC+ hasilat artımını təxirə salaraq, bazarın sabitliyini qorumağa çalışır.