Türkiyə, Rusiyadan ən böyük neft alıcılarından biri kimi, STAR neft emalı zavodunda aparılan təmir işləri səbəbindən Rusiyadan xam neft idxalını yarıya endirib. İzmir yaxınlığında yerləşən və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən idarə olunan zavod, Türkiyə bazarına daxil olan Rus neftinin 45%-ni təmin edir. Zavodda təmir işləri 5 sentyabrda başlayıb.
Rusiyanın Avropa bazarından çıxması ilə Asiya bazarına olan asılılığı rekord səviyyəyə çatıb. Hazırda Avropada Rus neftini yalnız Türkiyənin Tupras şirkəti alır.