SƏNAYE

23 Sentyabr

SOCAR tələbəsindən qürurverici uğur: Microsoft-da təhlükəsizlik boşluğu tapıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Zeynalxan Quliyev “Microsoft” şirkətində kritik təhlükəsizlik boşluğu taparaq adını “Microsoft”un Şərəf lövhəsinə yazdırıb. Nəticədə ona pul mükafatı təqdim olunub.

Fins.az xəbər verir ki, bununla yanaşı Zeynalxan “Panasonic”, Avropa İttifaqının (CERT-EU), Monash, Lenovo, Opera və Cisco kimi tanınmış şirkətlərin veb saytlarında da müxtəlif təhlükəsizlik boşluqları aşkar edib. Bu araşdırmalar nəticəsində də bir sıra mükafatlar alıb.

Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!

Fuad Mədətov
Fins.az