İsvecrə hökuməti, Avropanın qaz bazarındakı vəziyyətin yaxşılaşmasına baxmayaraq, 2025-ci ilədək qaz ehtiyatlarını qorumaq qərarını açıqlayıb. Bernin məlumatına görə, vəziyyətin 2022-ci illə müqayisədə daha yaxşı olduğu bildirilir, lakin LNG tədarüklərinin azalma ehtimalı və qaz infrastrukturundakı mümkün problemlər səbəbindən qaz çatışmazlığı riski davam edir.
Fins.az xəbər verir ki, bu çərçivədə, ölkənin beş regional qaz şəbəkəsi operatoru may 2022-ci ildən qüvvədə olan "qaz ehtiyatı tələbini" yerinə yetirməyə davam edir. Hökumət 28 avqustda qaz istehlakını oktyabr-mart dövründə adi səviyyədən 15% azaltmaq tədbirlərini yenidən tətbiq edəcəyini açıqlayıb.
İsvecrə rəsmiləri, "Avropaya qaz tədarükləri mövcud geosiyasi gərginlik səbəbindən hələ də gərgindir" deyə qeyd ediblər.