Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 % olub.
Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazirin sözlərinə görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 19 milyard 235,4 milyon kVt/saat, ixrac 858,9 milyon kVt/saat, idxal isə 125,5 milyon kVt/saat olub.
O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2 milyard 771.8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Fuad Mədətov
Fins.az
Yanvar - avqust aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 19 235,4 mln. kVt·st, ixracı 858,9 mln. kVt·st, idxalı 125,5 mln. kVt·st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla #BərpaOlunanEnerji mənbələrindən 2 dəfədən çox artımla… pic.twitter.com/iJR9FNQZPB
— Parviz Shahbazov (@ParvizShahbazov) September 13, 2024