SƏNAYE

12 Sentyabr

2023-cü ildə Aİ-nin Rusiya qazından asılılığı 15 %-ə düşüb - Kadri Simson

Avropa İttifaqı (Aİ) Rusiya qazından tamamilə imtina etməyə hazırlaşır.

Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson məlumat verib.

K.Simson bildirib ki, Aİ tranziti Ukrayna vasitəsilə həyata keçirilən Rusiya təbii qazı olmadan yaşamağa tam hazırdır.

Onun sözlərinə görə, tədarük həcminin 2021-ci ildəki 45%-dən 2023-cü ildə 15%-ə qədər azalmasına baxmayaraq, bu göstərici hələ də yüksəkdir.

Qeyd edək ki, Rusiyadan Avropaya qaz tranzitini təmin edən müqavilə bu ilin sonunda başa çatır və Ukrayna tərəfi müqavilənin uzadılmayacağını bir neçə dəfə bəyan edib.

Fuad Mədətov
Fins.az